​Zabit Səmədovun növbəti rəqibi məlum olub - VİDEO

​Zabit Səmədovun növbəti rəqibi məlum olub - VİDEO Döyüş Qroznı şəhərində keçiriləcək
Fərdi
15 İyul , 2015 01:40
​Zabit Səmədovun növbəti rəqibi məlum olub - VİDEO

Bakı. 15 İyul. REPORT.AZ/ Azərbaycanın tanınmış döyüşçüsü, K-1 ustası Zabit Səmədovun növbəti rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə idmançının Facebook sosial şəbəkəsindəki rəsmi fan səhifəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan idmançısının növbəti rəqibi bosniya və hersoqovinalı Dzevad Poturak olacaq.

Döyüş Çeçenistanın paytaxtı Qroznı şəhərində avqustun 22-də keçiriləcək.

"Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkinnon və Konqo-Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.

Son xəbərlər

Orphus sistemi