Zabit Səmədov ən məşhur yapon kikboksçusunu məğlub edib - FOTO

Zabit Səmədov ən məşhur yapon kikboksçusunu məğlub edib - FOTO Azərbaycan idmançısı Yaponiya təmsilçisini Tokioda məğlub edib
Fərdi
29 Dekabr , 2014 17:47
Zabit Səmədov ən məşhur yapon kikboksçusunu məğlub edib - FOTO

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirib. "Report"un məlumatına görə, 29 yaşlı idmançı Tokioda yaponiyalı Makoto Uehara ilə üz-üzə gəlib. 

Döyüşün ilk 3 raundundan sonra hakimlər yerli idmançıya dəstək olaraq, ümumi hesabın bərabər olduğunu bildiriblər. Lakin Z.Səmədov əlavə 4-cü raund zamanı qələbəyə nail olub. Bununla da Azərbaycan idmançısı 2014-cü ili qələbə ilə başa vurub.

M.Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır. O, Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib. Xüsusilə M.Uehara karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Park üzərində qələbə çalıb.

Qeyd edək ki, "Mauqli" ləqəbli Zabit Səmədov sonuncu döyüşünü oktyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirib. O, iranlı Cəfər Əhmədiyə xal hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi