Zabit Səmədov Vətənə qayıdıb

Zabit Səmədov Vətənə qayıdıb Qələbə ilə dönən idmançı Heydər Əliyev Beynəlxalq Hava Limanında coşqu ilə qarşılanıb
Fərdi
24 Aprel , 2015 18:14
Zabit Səmədov Vətənə qayıdıb

Bakı. 24 aprel. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Global Fighting Championship 3" turnirinin qalibi olmuş Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Bakıya gəlib. 

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında 31 yaşlı idmançı coşqu ilə qarşılanıb.

Azərbaycan bayraqları ilə "silahlanmış" azarkeşlər "Zabit", "Zabit" deyə Səmədovu alqışlayıblar. Səbəbkar media nümayəndələrinə açıqlamasında qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib. Döyüşlərin çətin keçdiyini qeyd edən döyüşçü Azərbaycanın adını yüksəklərə qaldırdığı üçün fəxr etdiyini vurğulayıb. 

Qeyd edək ki, Zabit Səmədov "Global Fighting Championship 3"də əvvəlcə şotlandiyalı ulduz Stiv Makkinnonu, ardından Konqo-Almaniya əsilli Danyo İlunqanı məğlub edib. Bununla da məşhur döyüşçü kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub. Səmədov pul mükafatının müəyyən hissəsini Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacağını açıqlayıb. O, döyüş idman növünü təmsil etdiyi üçün Azərbaycan Ordusuna hər hansı formada köməklik etməyi özünə mənəvi borc bildiyini söyləyib. Turnirin super finalı isə bu ilin dekabrında keçiriləcək. Həmin döyüşün qalibi mükafat kimi 1 milyon ABŞ dolları qazanacaq.

Son xəbərlər

Orphus sistemi