​Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları müəyyənləşib

​Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları müəyyənləşib Dünya çempionu Maqnus Karlsen bu dəfə yarışa qatılmayacaq
Fərdi
15 Aprel , 2016 15:51
​Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları müəyyənləşib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir beynəlxalq turnirinin iştirakçıları məlum olub. "Report"un məlumatına görə, ardıcıl üçüncü dəfə təşkil olunacaq yarışa 10 zəka sahibi qatılacaq.

Turnirdə dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Xou İfan (Çin), eyni zamanda Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaq.

Təqviminin sıxlığı üzündən dünya çempionu, Şəmkir turnirinin ikiqat qalibi Maqnus Karlsen bu dəfə yarışa qatılmayacaq.

Xatirə turnirinin açılış mərasimi mayın 25-də olacaq. İlk tur mayın 26-də start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi