Vladimir Kramnik: "Rauf ehtiyatlı oynadı" - FOTO

Vladimir Kramnik: "Rauf ehtiyatlı oynadı" - FOTO @Sona qədər yaxşı oynamaq tələb olunur"
Fərdi
19 Aprel , 2015 21:21
Vladimir Kramnik: Rauf ehtiyatlı oynadı - FOTO

Bakı. 19 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirinin 3-cü turunda Vladimir Kramnik (Rusiya) azərbaycanlı şahmatçı Rauf Məmmədovla heç-heçə oynayıb.

"Report" xəbər verir ki, Rusiyalı dünya çempionu mətbuat konfransında həm partiya, həm də turnirin ilk III turu haqda danışıb: "Maraqlı partiya alındı. Əslində bəzi gedişlərlə üstünlük qazana bilərdim. Normal mübarizə oldu. Heç-heçə indiki halda pis nəticə deyil. Rauf ehtiyatlı oynadı. Risk etmək olardı, sadəcə oyunda fəallıq hiss olunmurdu. Turnir indi başlayıb. Aktivimdə 2 xal var. Düşünürəm ki, indi liderlər qrupunda olmaq hələ heç nə demək deyil. Son turlar daha çətin olacaq. Sabah Vişvanatan Ananda qarşı oynayıram. Sonra Karlsenə qarşı mübarizə olacaq. Hər tur lider dəyişə bilər. Bu mənada sona qədər yaxşı oynamaq tələb olunur".

Son xəbərlər

Orphus sistemi