​Veyk-an-Zee. Rəcəbov turnirdə 8-ci oldu, Karlsen qalib gəldi

​Veyk-an-Zee. Rəcəbov turnirdə 8-ci oldu, Karlsen qalib gəldi Teymur Rəcəbov 13-cü turda autsayder Baadur Cobava ilə qarşılaşıb
Fərdi
25 Yanvar , 2015 22:49
​Veyk-an-Zee. Rəcəbov turnirdə 8-ci oldu, Karlsen qalib gəldi

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə superturnirə yekun vurulub.

"Report" xəbər verir ki, norveçli qrossmeyster Maqnus Karlsen son turda xorvat İvan Şariçlə sülh bağlayıb və karyerasında dördüncü dəfə turnirin qalibi olub.

Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov 13-cü turda autsayder Baadur Cobava ilə qarşılaşıb. 60-cı gedişdə partiya heç-heçə başa çatıb və Rəcəbov 8-ci yeri tutub.

Yarışın 13-cü turu

Baadur Cobava (Gürcüstan) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5

Uesli So (ABŞ) – Lük Van Veli (Hollandiya) 1:0

Radoslav Voytaşek (Polşa) – Aniş Qiri (Hollandiya) 0,5:0,5

Maqnus Karlsen (Norveç) – İvan Sariç (Xorvatiya) 0,5:0,5

Levon Aronyan (Ermənistan) – Dinq Liren (Çin) 0:1

Fabiano Karuana (İtaliya) – Maksim Vaşye-Laqrav (Fransa) 0:1

Hou İfan (Çin) – Vasili İvançuk (Ukrayna) 0,5:0,5

Turnir cədvəli:

Karlsen - 9 xal; Aniş Qiri (Niderland), Maksim Vaşye-Laqrav (Fransa), Uecli So (ABŞ), Din Lijen (Çin) - 8,5; Vasili İvançuk (Ukrayna) - 7,5; Fabiano Karuana (İtaliya) - 7; Teymur Rəcəbov (Azərbaycan) - 6,5; Levon Aronyan (Ermənistan), Radoslav Voytaşek (Polşa) - 5,5; Hou İfan (Çin) - 5; Şariç (Xorvatiya) - 4,5; Lük van Veli (Niderland) - 4; Baadur Cobava (Gürcüstan) - 2,5.

Son xəbərlər

Orphus sistemi