Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib

Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib Kişilərdən ibarət əsas komanda Hindistanla qarşılaşacaq
Fərdi
6 Sentyabr , 2016 09:38
Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığmalarının rəqibləri müəyyənləşib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun təqvimi müəyyənləşib.

Olimpiadanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hesabat turunda Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Hindistanla qarşılaşacaq. 

4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. Azərbaycanın ikinci komandası Türkmənistanla, üçüncü yığma isə Zimbabve ilə üz-üzə gələcək. 

Daha əvvəl Zimbabve Azərbaycanın əsas yığmasına uduzub. Türkmənistan isə üçüncü milliyə qalib gəlib.

Hazırda Azərbaycan1 8 xalla 2-ci, Azərbaycan2 6 xalla 27-ci, Azərbaycan3 isə 4 xalla 71-ci pillədə qərarlaşıb.

Qadınlardan ibarət əsas yığmanın rəqibi Almaniya olacaq. İkinci milli İspaniyanı, üçüncü komanda Özbəkistanı sınağa çəkəcək. 

4 turdan sonra Azərbaycan1 7 xalla 11-cidir. Azərbaycan2 5 xalla 34-cü, eyni xala malik Azərbaycan3 39-cu pillədə yer alıb.

Qeyd edək ki, III turda Azərbaycanın qadınlardan ibarət ikinci komandası Almaniya ilə heç-heçə oynayıb. 

Ümumdünya Şahmat Olimpiadası

V tur

Kişilər

Azərbaycan1 - Hindistan

Şəhriyar Məmmədyarov (ağ) - Pentala Harikrişna (qara)

Teymur Rəcəbov (qara) - Başkaran Adhiban (ağ)

Arkadiy Naydiç (ağ) - Santoş Qujrathi Vidit (qara)

Eltac Səfərli (qara) - Seturaman Panayappan (ağ)

Azərbaycan2 - Türkmənistan

Vasif Durarbəyli (ağ) - Yusup Atabayev (qara)

Nicat Abasov (qara) - Saparmyat Atabayev (ağ)

Qədir Hüseynov (ağ) - Handszar Odeyev (qara)

Namiq Quliyev (qara) - Mergen kakabayev (ağ)


Zimbabve - Azərbaycan3

Rodvell Makoto (ağ) - Vüqar Əsədli (qara)

Faray Mandizha (qara) - Nail Bəşirli (ağ)

Emarald Takudzva Muşore (ağ) - Abdulla Qədimbəyli (qara)

Elişa Çimbamu (qara) - Pərviz Qasımov (ağ)

Qadınlar

Azərbaycan1 - Almaniya

Zeynəb Məmmədyarova (ağ) - Elizabet Pehtz (qara)

Günay Məmmədzadə (qara) - Marta Mixna (ağ)

Gülnar Məmmədova (ağ) - Yelena Levuşkina (qara)

Aydan Höccətova (qara) - Yudit Fuxs (ağ)


İspaniya - Azərbaycan2

Sabrina Veqa Qutierrez (ağ) - Türkan Məmmədyarova (qara)

Ana Matnadze (qara) - Nərmin Xələfova (ağ)

Niala Kollazo Hidalqo-Qato (ağ) - Ülviyyə Fətəliyeva (qara)

Amalia Aranaz Murilyo (qara) - Nərgiz Umudova (ağ)


Özbəkistan - Azərbaycan3

Nafisa Muminova (ağ) - Nərmin Məmmədova (qara)

Qulrukhbeqim Toxiryonova (qara) - Xanım Balacayeva (ağ)

İrina gevorgyan (ağ) - Gövhər Beydullayeva (qara)

Nodira Nadiryanova (qara) - Ayan Allahverdiyeva (ağ)

Son xəbərlər

Orphus sistemi