Ukraynalı boksçu çəkiölçmə mərasiminə Putinin şəkli olan formada gəlib

Ukraynalı boksçu çəkiölçmə mərasiminə Putinin şəkli olan formada gəlib Aleksey Oleynikin fotoları sosial şəbəkələrdə yerləşdirilib
Fərdi
22 Noyabr , 2014 18:05
Ukraynalı boksçu çəkiölçmə mərasiminə Putinin şəkli olan formada gəlib

Bakı. 22 noyabr. REPORT.AZ/ Ukraynanın qarışıq üslubda döyüşçüsü Aleksey Oleynik Cared Roşoltla döyüş öncəsi çəkiölçmə mərasiminə Vladimir Putinin təsviri  olan forma ilə çıxıb. "Report"un məlumatına görə, 37 yaşlı idmançının fotoları sosial şəbəkələrdə də yerləşdirilib. 

Döyüş noyabrın 23-də ABŞ-ın Ostin şəhərində keçiriləcək. Gecənin iştirakçıları "UFC Fight Night 57" turnirinə qatılacaqlar. 

Qeyd edək ki, Aleksey Oleynikin Ukrayna və Rusiya vətəndaşlığı var. Amma son zamanlar o, Rusiya bayrağı altında çıxış edir. Oleynik 2 qat Rusiya, Avrasiya, döyüş sambosu üzrə dünya çempionudur. 

Son xəbərlər

Orphus sistemi