Türkiyəli paralimpiyaçı dopinqə görə 2 il diskvalifikasiya edilib

Türkiyəli paralimpiyaçı dopinqə görə 2 il diskvalifikasiya edilib İzzettin Kanatın qərardan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət edəcək
Fərdi
16 Avqust , 2016 19:23
Türkiyəli paralimpiyaçı dopinqə görə 2 il diskvalifikasiya edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyəli paralimpiyaçı ağırlıqqaldıran İzzettin Kanat dopinqə görə 2 il diskvalifikasiya edilib. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi (İPC) qərar qəbul edib. 

Komitənin yaydığı məlumata görə, bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında iştirakı çərçivəsində türkiyəli idmançıdan götürülən analizin nəticəsində qadağan olunmuş "meldonium" maddəsi tapılıb. Bu səbəbdən İzzettin Kanat 2018-ci il fevralın 18-dək heç bir yarışa qatıla bilməyəcək. Bununla da türkiyəli ağırlıqqaldıran vəsiqə qazandığı 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirak etməyəcək. 

Xəbərdə bildirilib ki, İzzettin Kanatın qərardan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək. 

Son xəbərlər

Orphus sistemi