Türkiyəli hakimlər yarışlardan ömürlük diskvalifikasiya olunub

Türkiyəli hakimlər yarışlardan ömürlük diskvalifikasiya olunub Hakimlər oyun nəticələrinə manipulyasiya etməkdə günahlandırılır
Fərdi
1 Oktyabr , 2016 09:51
Türkiyəli hakimlər yarışlardan ömürlük diskvalifikasiya olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Beynəlxalq Tennis Federasiyası (İTF) türkiyəli iki hakimi ömürlük diskvalifikasiya edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Serkan Aslan və Mehmet Ülker oyun nəticələrinə manipulyasiya etməkdə günahlandırılır.

Adıçəkilən hakimlər İTF-nin bayrağı altında keçirilən heç bir yarışda yer almayacaq. Onların 2015-ci ildə təşkil olunan turnirlərdə oyunun nəticələrinə müdaxilə etdikləri aşkarlanıb.

Qeyd edək ki, M.Ülker 2015-ci ildə Türkiyənin Belek bölgəsində keçirilən turnirdə oyun nəticələrini sistemə gec daxil edib və telefon vasitəsilə nəticələri kənar şəxslərə bildirib. Nəticədə hakim həmin şəxslərə mərc oyunlarında udmaq şansı qazandırıb.

Son xəbərlər

Orphus sistemi