​Türkiyəli boksçu dünya çempionu kəmərinə sahib olub

​Türkiyəli boksçu dünya çempionu kəmərinə sahib olub 91 kq çəki dərəcəsində rusiyalı Aleksey Yeqorov APB kəmərinə yiyələnib
Fərdi
21 Sentyabr , 2015 10:53
​Türkiyəli boksçu dünya çempionu kəmərinə sahib olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ AİBA Pro Boxing (APB) turnirində dünya çempionu kəməri uğrunda döyüşlər keçirilib. "Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində türkiyəli boksçu Onur Sipal 2012-ci il London Yay Olimpiya Oyunlarının rusiyalı bürünc mükafatçısı Andrey Zamkovoyla qarşılaşıb.

Türkiyənin Ərzurum şəhərində keçirilmiş qarşılaşmanın 4-cü raundunda Zamkovoy zədələnib. Nəticədə Sipal APB dünya çempionu kəmərinə sahib olub.

60 kq çəki dərəcəsində kəmər uğrunda görüşə Özbəkistanın paytaxtı Daşkənd ev sahibliyi edib. Yerli boksçu Xurşid Tocibayev qazaxıstanlı Berik Abdurahmanovla qarşılaşıb. Vaxtilə "Baku Fires"in heyətində çıxış etmiş Tocibayev yanvarda uduzduğu rəqibindən revnş ala bilib. 12 raunddan sonra hakimlər özbəkistanlı boksçunu qalib elan ediblər.

91 kq çəki dərəcəsində APB kəmərinə rusiyalı Aleksey Yeqorov yiyələnib. Moskvada keçirilmiş görüşdə onun rəqibi italiyalı Klemente Russo olub. 2008 və 2012-ci il olimpiadalarının mükafatçısı 5-ci raunddan sonra zədələndiyini əsas gətirərək, döyüşü davam etdirmək istəməyib. Buna qədər iki dəfə Russodan üstün olan Yeqorov 3-cü qarşılaşmada da qalib elan olunub.

Qeyd edək ki, APB kəməri uğrunda döyüşlərə Azərbaycan boksçularından Cavid Çələbiyev (60 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91 kq) da qatılıb. Amma onlar erkən mərhələlərdə uğursuzluğa düçar olublar. 

Son xəbərlər

Orphus sistemi