Türkiyədə terror təhlükəsi ilə əlaqədar gənclər arasında tennis turnirləri ləğv edilib

Türkiyədə terror təhlükəsi ilə əlaqədar gənclər arasında tennis turnirləri ləğv edilib "Tennis Europe" turnirlərin təyin olunmuş vaxtda keçirilməsi üçün əvəzləyici yer axtarır
Fərdi
7 İyul , 2016 11:44
Türkiyədə terror təhlükəsi ilə əlaqədar gənclər arasında tennis turnirləri ləğv edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Avropa Tennis Assosiasiyası (Tennis Europe) terror təhlükəsinin yüksək səviyyədə olmasına görə Türkiyədə keçirilməli olan gənclər arasınbda qitə birinciliyinin ləğv edilməsinə qərar verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Tennis Federasiyasının (RTF) rəsmi saytında məlumat verilib.

Ümumilikdə Avropa Yay Kubokunın seçmə mərhələsi (16 yaşa qədər oğlanlar və qızlar, yeniyetmələrin Devis Kuboku və Federasiya Kubokunun bir hissəsi, İzmir/Muğla, 27-29 iyul), Avropa Yay Kubokunın seçmə mərhələsi (18 yaşa qədər oğlanlar və qızlar, Dənizli/Ankara, 27-29 iyul), "TE Nations Challenge by HEAD" turnirinin seçmə mərhələsi (12 yaşa qədər oğlanlar və qızlar, Bursa, 21-24 iyul) və final mərhələsi (12 yaşa qədər oğlanlar, Alaniya, 4-7 avqust) ləğv edilib.

"Tennis Europe" turnirlərin təyin olunmuş və ya ən yaxın vaxtda keçirilməsi üçün əvəzləyici yer axtarır. Bu məqsədlə milli federasiyalar ilə danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi