​Türkiyə prezidenti velosiped yürüşünə qatılır

​Türkiyə prezidenti velosiped yürüşünə qatılır Rəcəp Tayyib Ərdoğan üçün özəl velosiped hazırlanıb
Fərdi
6 Aprel , 2016 08:34
​Türkiyə prezidenti velosiped yürüşünə qatılır

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün velosiped yürüşünə qatılacaq. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məqsəd 24 aprel - 1 mayda sayca 52-ci dəfə keçiriləcək Prezident Turunu tanıtmaqdır.

Türkiyə Prezidentindən əlavə, bugünkü marafonda nazirlər və millət vəkilləri də yer alacaq. Yürüş üçün "Salcano" şirkəti tərəfindən R.T.Ərdoğana özəl velosiped hazırlanıb.

Son xəbərlər

Orphus sistemi