Teymur Rəcəbov Vüqar Həşimovun xatirə superturnirində iştirak etməyəcək

Teymur Rəcəbov Vüqar Həşimovun xatirə superturnirində iştirak etməyəcək Tanınmış şahmatçı səhhətini səbəb göstərib
Fərdi
1 Aprel , 2015 16:23
Teymur Rəcəbov Vüqar Həşimovun xatirə superturnirində iştirak etməyəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turnirinin iştirakçılar siyahısında dəyişiklik baş verib. 

"Report"un məlumatına görə, Teymur Rəcəbov səhhəti ilə əlaqədar superturnirə qatıla bilməyəcək. 

Bu səbəbdən yarışın 10-cu iştirakçısı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.

Qeyd edək ki, "Synergy Group" ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi