Tennisçi danışılmış oyunda iştirak etdiyi üçün ömürlük cəzalanıb

Tennisçi danışılmış oyunda iştirak etdiyi üçün ömürlük cəzalanıb Aleksandros Yakupoviç beş epizod üzrə günahkar sayılıb
Fərdi
19 Dekabr , 2015 11:31
Tennisçi danışılmış oyunda iştirak etdiyi üçün ömürlük cəzalanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Yunanıstanlı tennisçi Aleksandros Yakupoviç danılmış oyunlarda iştirakı səbəbindən ömürlük diskvalifikasiyaya məruz qalıb. "Report"un "Tennis Integrity Unit" təşkilatının rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı idmançı beş epizod üzrə günahkar sayılıb. 

Bunlar rüşvətin verilməsi, qarşılaşmaların nəticəsinə bilərəkdən müdaxiləni nəzərdə tutur. Yakupoviçin Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinq siyahısında ən yüksək mövqeyi 2008-ci ildə 267-ci yer olub. Bu mövsüm o, "Çelencer" seriyalı iki turnirə qatılsa da, ilk görüşlərindəcə uduzub. 

Qeyd edək ki, "Tennis Integrity Unit" 2008-ci ildə Beynəlxalq Tennis Federasiyası (İTF) və Qadın Tennisçilər Assosiasiyasının (WTA) təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi bu növdə danışılmış oyunlarla mübarizədən ibarətdir. Hər bir konkret işin araşdırılması üçün əsas sənəd Vahid Antikorrupsiya Kodeksidir. 2014-cü ilin iyununda rusiyalı tennisçi Andrey Kumantsov ömürlük cəzaya məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi