Stolüstü tennis üzrə dünya çempionatı 169 ölkədə yayımlanacaq

Stolüstü tennis üzrə dünya çempionatı 169 ölkədə yayımlanacaq Aprelin 26-da start götürəcək turnir mayın 3-də başa çatacaq
Fərdi
21 Aprel , 2015 18:39
Stolüstü tennis üzrə dünya çempionatı 169 ölkədə yayımlanacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 26-dan Çinin Suçjou vilayətində keçiriləcək 53-cü dünya çempionatı televiziyada yayımlanan ən qlobal və miqyaslı tədbir olacaq. 

"Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 3-dək davam edəcək turnir üçün 169 ölkə ilə yayım sazişi imzalanıb ki, bu da ötənilki çempionatda iştirak edənlərdən 53 ölkə çoxdur.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) marketinq şöbəsinin nümayəndəsi Stiv Deynton builki dünya çempionatının indiyədək müqayisəedilməz dərəcədə kanalların sayına görə fərqlənəcəyini və yayım keyfiyyətinin yüksək olacağını deyib. O bildirib ki, bütün tədbir boyu 8 stolda keçən oyunları özünün xüsusi platformasının vasitəsilə yayımlayacaq və oyunları birbaşa 5 milyondan artıq adam izləyə biləcək.

Bundan əlavə, "Youtube" kanalında ən yaxşı oyun anlarının 5 milyona qədər istifadəçi tərəfindən izlənəcəyi də gözlənilir.

Qeyd edək ki, çempionatı işıqlandırmaq üçün mindən artıq müxtəlif media nümayəndələri qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi