Stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışları başa çatıb

Stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışları başa çatıb Yarışda kişilər arasında alman Dmitri Ovtçarov, qadınların yarışında isə avstriyalı Jia Liu birinci olub
Fərdi
9 Fevral , 2015 08:15
Stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışları başa çatıb

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən gün Bakıda, Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarına yekun vurulub.

“Report” xəbər verir ki, yarışda kişilər arasında mübarizədə Almaniya təmsilçisi Dmitri Ovtçarov, qadınların yarışında isə avstriyalı idmançısı Jia Liu birinci olub.

Turnirin sonuncu günü gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Qadınlar arasında mübarizənin finalında Jia Liu Almaniya təmsilçisi Petrissa Solyanı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Kişilərin yarışında isə Dmitri Ovtçarov olduqca gərgin keçən final görüşündə portuqaliyalı Freytaş Markuş üzərində 4:3 hesablı qələbə qazanaraq titulunu qoruyub.

Qadınlar arasında üçüncü yerin sahibi Niderland idmançısı Jiao Li üzərində 4:3 hesabı ilə qələbə qazanan almaniyalı İrene İvankan olub.

Kişilərin yarısında isə üçüncü yeri Yunanıstan təmsilçisi Gionis Panagiotis tutub. O, üçüncü yer uğrunda oyunda Fransa idmançısı Simon Qauzini məğlub edib - 4:3.

Yarışların bağlanış mərasimində Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. Yarışlarda 17 Avropa ölkəsindən 34 idmançının mübarizə apardığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi