Sökülən Lənkəran Olimpiya Kompleksinin yerində yenisi tikilir

Sökülən Lənkəran Olimpiya Kompleksinin yerində yenisi tikilir Yeni kompleks çoxnövlü olması ilə fərqlənəcək
Fərdi
24 İyun , 2015 16:30
Sökülən Lənkəran Olimpiya Kompleksinin yerində yenisi tikilir

Bakı. 24 iyun. REPORT.AZ/ Lənkəranda bir müddət əvvəl sökülən Olimpiya Kompleksinin yerində yenisi tikilir. Tikinti aparan şirkətin baş mühəndisi "Report"a bildirib ki, yeni kompleks çoxnövlü olması ilə fərqlənəcək. 

O, belə bir kompleksin indiyədək inşa olunmadığını bildirib. 

Hazırda ərazidə tikinti-quraşdırma və betonlama işləri aparılır. Layihəyə əsasən, kompleksin qapalı hissəsində 25 metrlik üzgüçülük hovuzu, voleybol, basketbol meydançaları, 54x30 metr ölçüdə 1600 kvadratmetr sahəsi olan futzal, tennis kortu, boks rinqi, güləş və digər məşq zalları olacaq. Kompleksin açıq hissəsində böyük futbol meydanı, futzal, voleybol, basketbol, tennis meydançaları və qaçış zolağı olacaq. Artıq tikinti işlərinin 80%-ə qədəri tamamlanıb. 

Tikinti şirkətinin rəsmisi əlavə edib ki, yeni tikilən Olimpiya Kompleksinin ümumi ərazisi 5 hektar yarımdır. 8288 kv.m. olan əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Bundan əlavə, idmançıların istirahəti, qidalanması üçün kafe və qonaqların qalması üçün müasir standartlara cavab verən mehmanxana nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi