“Shamkir Chess 2015” turnirində birinci tura yekun vurulub

“Shamkir Chess 2015” turnirində birinci tura yekun vurulub Turnir tanınmış Azərbaycan şahmatçısı, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunub
Fərdi
17 Aprel , 2015 21:40
“Shamkir Chess 2015” turnirində birinci tura yekun vurulub

Bakı. 17 aprel. REPORT.AZ/ Tanınmış Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turnirində birinci tura yekun vurulub.

"Report"un AZƏRTAC-a isinadən verdiyi xəbərə görə, birinci turun ilk qarşılaşmasında hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand turnirin ötənilki qalibi, hazırki dünya çempionu Maqnus Karlsen ilə sülh bağlayıb.

Bu turda Azərbaycanın hər iki şahmatçısı da görüşlərini heç-heçə ilə başa vurub. Rauf Məmmədov fransalı Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov isə İtaliya şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib.

Turun digər görüşlərində Vladimir Kramnik (Rusiya) Maykl Adams (İngiltərə), Uesli Sou (ABŞ) isə Aniş Giri (Niderland) üzərində qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi