Dünyanın bir nömrəli tennisçisi "Miami Open"in qalibi olub

Dünyanın bir nömrəli tennisçisi "Miami Open"in qalibi olub Novak Cokoviç 900 400 dollar qazanıb
Fərdi
6 Aprel , 2015 12:13
Dünyanın bir nömrəli tennisçisi Miami Openin qalibi olub

Bakı. 6 aprel. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən tennis üzrə açıq turnirin qalibi müəyyənləşib. "Report"un məlumatına görə, qalib adına dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç yiyələnib.

Serbiyalı idmançı finalda ingiltərəli Endi Mürreyə 3 setlik mübarizənin yekununda qalib gəlib - 7:6, 4:6, 6:0. 

Qeyd edək ki, bu, Novak Cokoviçin "Miami Open" tarixində 5-ci qalibiyyəti olub. Cokoviç bu dəfə birinci olduğu üçün 900 400 dollar qazanıb.

Son xəbərlər

Orphus sistemi