​Şəhriyar Məmmədyarov FİDE “Qran-pri”sinə qələbə ilə başlayıb

​Şəhriyar Məmmədyarov FİDE “Qran-pri”sinə qələbə ilə başlayıb Qrossmeyster Teymur Rəcəbov xalları yarı bölüb
Fərdi
16 Fevral , 2015 06:00
​Şəhriyar Məmmədyarov FİDE “Qran-pri”sinə qələbə ilə başlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” seriyasının 3-cü mərhələsi start götürüb.

"Report" xəbər verir ki, Azərbaycanı turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Turnirin birinci turunda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrav üzərində qələbə qazanıb. Digər oyunda isə Teymur Rəcəbov Kubadan olan şahmatçı Lenyer Dominqeslə xalları yarı bölüb.

FİDE "Qran-pri"si. 1-ci tur.

Pyotr Svidler (Rusiya) – Aniş Qri (Hollandiya) – 0:1

Yevgeni Tomaşevski (Rusiya) – Jobava Baadur (Gürcüstan) – 1:0

Rüstəm Qasımcanov (Özbəkistan) – Aleksandr Qrişuk (Rusiya) – 0:1

Dmitri Andreykin (Rusiya) – Dmitri Cakovenko (Rusiya) – 0,5:0,5

Maksim Vaşe - Laqrav (Fransa) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:1

Lenyer Dominqes (Kuba) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Turnir vəziyyəti: Qiri, Qrişuk, Məmmədyarov, Tomaşevski – 1 xal, Andreykin, Dominqes, Rəcəbov, Yakovenko – 0,5, Vaşe-Laqrav, Cobava, Qasımcanov, Svidler – 0.

Qeyd edək ki, qaydalara əsasən, turnirə 12 şahmatçı qatılır və hər zəka sahibi 3 mərhələdə qüvvəsini sınayır. 4 ölkədə baş tutacaq 4 mərhələ keçən ilin oktyabr ayında başlayıb və bu ilin may ayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi