Şahmat üzrə Efiopiya milli komandası Azərbaycan səfirliyində olub

Şahmat üzrə Efiopiya milli komandası Azərbaycan səfirliyində olub Efiopiya Şahmat Federasiyanın prezidenti Bakı Şahmat Olimpiyadanın yüksək səviyyədə keçirildiyini vurğulayıb
Fərdi
16 Sentyabr , 2016 19:51
Şahmat üzrə Efiopiya milli komandası Azərbaycan səfirliyində olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycannın Efiopiyadakı səfirliyində Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən Efiopiya milli komandası qəbul olunub.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, çıxış edən səfir Elman Abdullayev ölkəmizin hər bir sahədə, o cümlədən idman sahəsində dinamik inkişafından danışıb, Azərbaycanda müasir tələblərə cavab verən idman komplekslərin inşa edildiyini söyləyib.

Efiopiya Şahmat Federasiyasının prezidenti Tsedeke Yehune Azərbaycanı belə mötəbər tədbirə ev sahibliyi etməsi ilə əlaqədar təbrik edərək, Bakıda olan zamanı Efiopiya milli komandasına göstərilən diqqət və qayğıya görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. Y.Tsedeke Azərbaycanın aparıcı idman yarışlarına ev sahibliyini etməklə, ölkəmizin dünyanın aparıcı idman mərkəzinə çevrildiyini deyib.

Tədbirdə həmçinin Efiopiya milli komandasının rəhbəri və üzvləri çıxış edərək, ölkəmizin inkişafı, mədəniyyəti və xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi