Şahmat üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

Şahmat üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşü keçirəcək Bununla bağlı şahmat federasiyaları arasında yekun razılıq əldə olunub
Fərdi
1 Avqust , 2016 13:06
Şahmat üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

Bakı. 1 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalar yoldaşlıq görüşündə iştirak edəcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat federasiyaları arasında yekun razılıq əldə olunub.

Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi həm də yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, olimpiadada iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandası) avqustda təlim-məşq toplanışında olacaq.

Son xəbərlər

Orphus sistemi