Bakıdakı Dünya Kubokuna 23 vəsiqə verən Avropa çempionatı başa çatıb

Bakıdakı Dünya Kubokuna 23 vəsiqə verən Avropa çempionatı başa çatıb Rauf Məmmədov aktivinə 7 xal yazaraq 27-42-ci yerləri bölüşdürüb
Fərdi
10 Mart , 2015 13:05
Bakıdakı Dünya Kubokuna 23 vəsiqə verən Avropa çempionatı başa çatıb

Bakı. 10 mart. REPORT.AZ/ İsraildə kişilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. "Report"un məlumatına görə, yarışda 33 ölkədən 118-i qrossmeyster olmaqla, 250 şahmatçı birincilik uğrunda mübarizə aparıb.

Azərbaycanı qitə çempionatında Rauf Məmmədov, Nicat Abbasov və Vüqar Rəsulov təmsil ediblər. Çempionatın qalibi 11 oyundan 8.5 xal toplayan Rusiya şahmatçısı Yevgeni Nayer olub. Azərbaycanlı zəka sahibi Rauf Məmmədov aktivinə 7 xal yazarq 27 - 42-ci yerləri bölüşdürüb. Nicat Abbasov və Vüqar Rəsulov isə 5.5 xal toplayaraq 115-ci və 129-cu pillədə qərarlaşıblar.

Qeyd edək ki, yarışın əsasnaməsinə görə, çempionatda ilk 23 yeri tutan şahmatçılar bu il Bakıda keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi