Sabiq futzalçısı hakimi vurduğu üçün sərt cəzalarla üzləşib - VİDEO

Sabiq futzalçısı hakimi vurduğu üçün sərt cəzalarla üzləşib - VİDEO O, həmçinin 50 min rubl (təqribən 800 manat) cərimələnib
Fərdi
12 Noyabr , 2015 01:53
Sabiq futzalçısı hakimi vurduğu üçün sərt cəzalarla üzləşib - VİDEO

Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiyanın "Viraj" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılov hakimi vurduğu üçün sərt cəzalarla üzləşib. "Report"un məlumatına görə, Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi 40 yaşlı hücumçunu futbolla bağlı bütün fəaliyyətlərdən 2 il müddətinə məhrum edib.

O, həmçinin 50 min rubl (təqribən 800 manat) cərimələnib.

Qeyd edək ki, Sərxan Mikayılov hakimi "Kurqan"la ölkə çempionatının oyunu zamanı vurub. Referi onun qayda pozuntusuna yol verdiyini bildirdikdən sonra Mikayılov topu ədalət təmsilçisinə tərəf tullayıb. Bunun qarşılığında qırmızı vərəqə görən futbolçu hakimin sifətinə zərbə endirib. 

Son xəbərlər

Orphus sistemi