​Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb

​Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb Tennisçi 2 il müdətinə yarışlardan kənarlaşdırılıb
Fərdi
8 İyun , 2016 19:28
​Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyalı tennisçi Mariya Şarapovanın diskvalifikasiya müddəti açıqlanıb. 

"Report"un Beynəlxalq Tennis Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəsi qadağan olunmuş dərman vasitələrindən yararlandığı üçün M.Şarapova 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır.

Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.

Son xəbərlər

Orphus sistemi