Rusiyada karate və sambo məşqçiləri arasında silahlı münaqişə baş verib

Rusiyada karate və sambo məşqçiləri arasında silahlı münaqişə baş verib Hər iki məşqçi xəstəxanaya yerləşdirilib
Fərdi
16 Mart , 2016 09:43
Rusiyada karate və sambo məşqçiləri arasında silahlı münaqişə baş verib

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyanın Xabarovsk vilayətində karate və sambo məşqçiləri arasında dava düşüb. "Report"un Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

32 yaşlı karate məşqçisi travmatik tapança ilə özündən 4 yaş kiçik sambo məşqçisini yaralayıb. Atəş açana başqa yerə getməməklə bağlı dilindən iltizam alınıb. Samboçu xəstəxananın reanimasiya, karateçi travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı "Sağlamlığa qəsdən ağır zərər yetirmə" maddəsi ilə cinayət işi qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi