​Rusiya idmançısı ömürlük diskvalifikasiya olunub

​Rusiya idmançısı ömürlük diskvalifikasiya olunub 5 atlet dopinq-testdən keçə bilməyib
Fərdi
21 Yanvar , 2015 12:29
​Rusiya idmançısı ömürlük diskvalifikasiya olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiya Antidopinq Agentliyi (RUSADA) rusiyalı 5 idmançını idman yerişi yarışlarından kənarlaşdırıb. "Report"un məlumatına görə, diskvalifikasiya olunan atletlərdən 3-ü olimpiya çempionudur. 

Olqa Kaniskina, Sergey Kirdyapkin və Sergey Bakulin 3 il 2 ay, Valeri Borçin 8 il, Vladimir Kanaykin ömürlük diskvalifikasiyaya məruz qalıb. Bu qərar idmançıların bioloji pasportlarının 3 ilədək araşdırılmasından sonra çıxarılıb. Onlar diskvalifikasiyadan əlavə, 2009 - 2012-ci illərdə qazandıqları medallardan da məhrum edilə bilərlər. İdmançılarla məşğul olan federasiya rəsmiləri və məşqçilər də kənarda qalmayacaqlar. 

Qeyd edək ki, Rusiya Atletika Federasiyasının rəhbəri Valentin Balaxniçev öz səhvləri ucbatından baş verənlərin atletikaya zərər vurduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi