​Rəsul Çunayev: "Ermənilərə qalib gəlməyə öyrəşmişəm"

​Rəsul Çunayev: "Ermənilərə qalib gəlməyə öyrəşmişəm" "Mən 3 dəfə üçüncü yerə çıxanda o, qızıl medala layiq görülmüşdü"
Fərdi
21 Fevral , 2015 17:23
​Rəsul Çunayev: Ermənilərə qalib gəlməyə öyrəşmişəm

Bakı. 21 fevral. REPORT.AZ/ "Yarışa çox ciddi hazırlaşmışdıq. Bilirik ki, bu il bizi çoxlu yarışlar gözləyir. İlk hədəfimiz də Dünya Kubokunu qazanmaq idi və komanda yoldaşlarımla birgə buna nail olduq". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Rəsul Çunayev deyib.

71 kq çəkidə mübarizə aparan pəhləvan əzmkar mübarizə nəticəsində qələbə qazandıqlarını bildirib: "Çox sevinirəm ki, kuboku Azərbaycana gətirdik. Bu qələbə cənab Prezidentimizin, Azərbaycan Güləş Federasiyasının bizə yaratdığı şəraitin nəticəsidir".

İran, İsveç və Rusiya güləşçilərini tatami üzərindən məğlub yola salan R.Çunayev rəqiblərdən birinin erməni əsilli olduğunu vurğulayıb. O, ermənilərə qalib gəlməyə öyrəşdiyini dilə gətirib: "İkinci görüş İsveç güləşçisinə qarşı oldu. O, erməni əsilli idmançı idi. Ermənilərə qalib gəlməyə öyrəşmişəm və onu da məğlub etdim. Son görüşdə qarşılaşdığım Rusiya pəhləvanı isə 3 qat dünya çempionu idi. Mən 3 dəfə üçüncü yerə çıxanda o, qızıl medala layiq görülmüşdü. Çoxdandır ki, onunla qarşılaşmağı gözləyirdim. Şadam ki, təmiz qələbə qazandım".

Qeyd edək ki, 71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev üç dəfə döşək üzərinə çıxıb və qələbə qazanıb. Almaniya güləşçiləri ilə görüşdə isə onu Rüstəm Əliyev əvəzləyib.

Son xəbərlər

Orphus sistemi