Qubada Azərbaycan və İtaliya klubları qarşılaşacaq

Qubada Azərbaycan və İtaliya klubları qarşılaşacaq WSB Liqasından 17 boksçu mövsümün sonunda olimpiadaya vəsiqə qazanacaq
Fərdi
15 Yanvar , 2015 11:13
Qubada Azərbaycan və İtaliya klubları qarşılaşacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 17-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçiriləcək. "Report"un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşacaq. 

Artıq komandaların heyətləri məlumdur:

“Baku Fires” – “İtalia Thunder”

49 kq. Məhəmməd İbiyev – Patrik Barns

56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan

64 kq. Heybətulla Hacəliyev – Vinçentso Mangiakapre

75 kq. Nikolay Veselov – Salvatore Kavallaro

91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi

Döyüşlər saat 19:00-da başlanacaq. 

Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə birgə yer alıb. 

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq. WSB Liqasından 17 boksçu mövsümün sonunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Qeyd edək ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci olub. 

Son xəbərlər

Orphus sistemi