​Qətərdə boks üzrə Dünya çempionatı start götürür

​Qətərdə boks üzrə Dünya çempionatı start götürür Azərbaycan favorit ölkələr sırasındadır
Fərdi
6 Oktyabr , 2015 08:43
​Qətərdə boks üzrə Dünya çempionatı start götürür

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan boksçuları 6-15 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək Dünya çempionatında iştirak edəcəklər.

"Report" xəbər verir ki, tamaşaçılar oktyabrın 6-dan 9-dək boksçuların ilkin qarşılaşmalarının şahidi ola biləcəklər.

Şənbə günü 1/4 final, bazar günü və bazar ertəsi isə yarımfinal görüşləri keçiriləcək. Final görüşləri 14 və 15 oktyabr tarixlərinə təsadüf edəcək.

Yarışlarda 73 ölkədən 257 idmançı iştirak edəcək. Turnirdə favorit qismində Kuba, Qazaxıstan və Azərbaycan boksçuları çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi