​Qazaxıstan güləşçiləri Bakı təlim-məşq toplanışındadır

​Qazaxıstan güləşçiləri Bakı təlim-məşq toplanışındadır Onlar Azərbaycan pəhləvanları ilə birgə hazırlaşırlar
Fərdi
10 Fevral , 2016 10:36
​Qazaxıstan güləşçiləri Bakı təlim-məşq toplanışındadır

Bakı. 10 fevral. REPORT.AZ/ Qazaxıstanın yunan-Roma güləşçiləri Bakıya təlim məşq toplanışına gəlib. "Report"un məlumatına görə, komandaya baş məşqçi Tanat Saqındıkov, məşqçi Əzəmət Kukebayev və Ermek Kuketov rəhbərlik edir.

Qazaxısan güləşçiləri Bakıda Azərbaycan pəhləvanları ilə birgə hazırlaşır. Toplanışa Asiya çempionatında (17-21 mart, Astana) çıxış etməyəcək idmançılar cəlb olunub. Həmin güləşçilər Astanada təşkil olunacaq lisenziya xarakterli yarışda qüvvələrini sınayacaqlar.

Toplanışda Qazaxıstanın 10 yunan-Roma güləşçisi iştirak edir.

Son xəbərlər

Orphus sistemi