​Qadınlar arasında şahmat üzrə dünya çempionatı Ukraynada keçiriləcək

​Qadınlar arasında şahmat üzrə dünya çempionatı Ukraynada keçiriləcək Ukraynalı Mariya Muzıçuk bu il keçirilən dünya çempionatının 15-ci qalibi olub
Fərdi
11 Avqust , 2015 20:09
​Qadınlar arasında şahmat üzrə dünya çempionatı Ukraynada keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Qadınlar arasında şahmat üzrə dünya çempionatı 2016-cı ilin əvvəlində Ukraynanın Lvov şəhərində keçiriləcək.

"Report" UNN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Viktor Poroşenko bildirib.

"Mariya Muzıçuk ilə razılaşdıq ki, qadınlar arasında şahmat üzrə dünya çempionluğu uğrunda yarış 2016-cı ilin əvvəlində Lvovda keçirilsin", - V.Poroşenko deyib.

Qeyd edək ki, Mariya Muzıçuk bu il keçirilən dünya çempionatının 15-ci qalibi olub. 

Son xəbərlər

Orphus sistemi