Olimpiya və dünya çempionu yarışlardan kənarlaşdırılıb

Olimpiya və dünya çempionu yarışlardan kənarlaşdırılıb Bu qərar dopinq testlərin yenidən yoxlanılmasından sonra qəbul edilib
Fərdi
5 Aprel , 2016 19:25
Olimpiya və dünya çempionu yarışlardan kənarlaşdırılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Çəkic atma üzrə dünya və Olimpiya çempionu rusiyalı Tatyana Beloborodova yarışlardan kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu qərar 2005-ci ildə keçirilmiş dünya çempionatındakı dopinq testinin yenidən yoxlanılması nəticəsində qəbul edilib.

Daha öncə soyadı Lısenko olan 32 yaşlı idmançıdan dopinq aşkarlandığından, 2 illik diskvalifikasiya olunub və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak etməyib.

Aprelin 4-də yerli mətbuata açıqlama verən Rusiya yığmasının baş məşqçisi Vadim Xersontsev isə yerli mətbuata açıqlamasında Boleborodovanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini, onun namizədlər siyahısında adının olmadığını deyib.

Qeyd edək ki, 2012-ci ildə Olimpiya, bir il sonra isə dünya çempionu adını qazanmış qadın idmançı 2015-in fevralında ana olduğu üçün 3 aylıq idmandan uzaqlaşıb. O, sonuncu dəfə ötən ilin avqustunda Rusiya çempionatında iştirak edib və 9-cu yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi