Namiq Əliyev: "Ermənistan tərəfi idmanı siyasiləşdirməyə çalışır"

Namiq Əliyev: "Ermənistan tərəfi idmanı siyasiləşdirməyə çalışır" "Hər zaman Ermənistan yığmasının Bakıya gəlişi ilə bağlı problem ortaya çıxır"
Fərdi
11 İyun , 2015 15:28
Namiq Əliyev: Ermənistan tərəfi idmanı siyasiləşdirməyə çalışır

Bakı. 11 iyun. REPORT.AZ/ "Biz dünya və Avropa çempionatı keçirməyə həmişə hazırıq. Amma hər dəfə Ermənistan yığmasının Bakıya gəlişi ilə bağlı problem ortaya çıxır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev deyib. 

O bildirib ki, Ermənistan tərəfi təhlükəsizlik məsələsini qaldıraraq dmanı siyasiləşdirməyə çalışır: "Halbuki biz bütün ölkələrin təhlükəsizliyini lazımınca təmin edirik. Üstəlik, yarışı elə səviyyədə təşkil edirik ki, heç bir ölkə narazı qayıtmır. Təsadüfi deyil ki, artıq indidən xarici qonaqlar I Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü bildirirlər".  

N.Əliyev AGF-nin dünya güləşinin inkişafındakı rolunu da vurğulayıb. O, təkcə Avropa deyil, dünya ölkələrinin idmançıları üçün hər il treninqlər təşkil etdiklərini xatırladıb.  

Son xəbərlər

Orphus sistemi