​Namiq Əliyev: "Bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik"

​Namiq Əliyev: "Bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik" "Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir"
Fərdi
26 Avqust , 2015 16:10
​Namiq Əliyev: Bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik

Bakı. 26 avqust. REPORT.AZ/ "Komandanın hazırlıq prosesindən razıyam. Bildiyiniz kimi, dünya çempionatı Rio olimpiadasına ilk lisenziya yarışıdır. Gələn il daha bir neçə lisenziya turniri olacaq. Amma məhz dünya çempionatında bacardığımız qədər çox lisenziya qazanmaq istəyirik". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev deyib.

Federasiya rəsmisi daha çox sayda Olimpiya lisenziyası qazanmaq istədiklərini bildirib. Onun sözlərinə görə, ABŞ-da keçiriləcək dünya çempionatında çıxış etmək asan olmayacaq: "Amma güləşçilərimizə inanırıq. Heyətimiz kifayət qədər təcrübəli idmançılardan ibarətdir. 90 faiz güləşçimiz dünya və Avropa çempionu, yarışların mükafatçılarıdır. Hər biri artıq xalçada öz sözünü deyib. Rövşən Bayramova gəlincə, indi o, optimal formadadır".

N.Əliyev əsas məqamlardan olan uyğunlaşma prosesini də nəzərə aldıqlarını deyib: "Buna görə də ABŞ-a avqustun 31-də yola düşəcəyik. İlk olaraq mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaqlar. Fikrimcə, adaptasiya ilə bağlı problem olmayacaq".

Qeyd edək ki, güləş üzrə dünya çempionatı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 7-12 sentyabr tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi