Muay-tay üzrə Azərbaycan millisinin baş məşqçisi: "MDB Oyunlarında hakim idarəçiliyi bərbad idi"

Muay-tay üzrə Azərbaycan millisinin baş məşqçisi: "MDB Oyunlarında hakim idarəçiliyi bərbad idi" "Yarış yüksək səviyyədə təşkil olunsa da, hakimlik çox aşağı idi. Heç vaxt ədalət təmsilçilərindən şikayətlənmirəm. Amma bu dəfə idarəçilik bərbad idi".
Fərdi
14 Avqust , 2023 17:52
Muay-tay üzrə Azərbaycan millisinin baş məşqçisi: MDB Oyunlarında hakim idarəçiliyi bərbad idi
Azər Həsənsoy

"Yarış yüksək səviyyədə təşkil olunsa da, hakimlik çox aşağı idi. Heç vaxt ədalət təmsilçilərindən şikayətlənmirəm. Amma bu dəfə idarəçilik bərbad idi".

"Report"un məlumatına görə, bunları Belarusun paytaxtı Minskdə keçirilmiş II MDB Oyunlarında 9 medal qazanmış muay-tay üzrə Azərbaycan milli komandasının baş məşqçisi Azər Həsənsoy Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, məhz hakimlərin kobud səhvi ucbatından 2 idmançı finalda uduzub: "Bizim üçün gözlənilməz oldu. Çünki komandamıza inanırdıq və Vətənə bir neçə qızıl medalla dönəcəyimizi gözləyirdik. Təəssüf ki, alınmadı. Amma yenə də nəticə yüksəkdir. 11 idmançımızdan 9-u medal qazandı".

Son xəbərlər

Orphus sistemi