Bakı. 11 iyul. REPORT.AZ/ "Yaxın vaxtlarda "Azadlıq" meydanında "Formula-1" yarışlarının keçirilməsi üçün pit-stop və iki mərtəbəli yardımçı bina tikiləcək".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri
O bildirib ki, hazırda "Formula-1"lə bağlı aparılan işlər texniki məsələlərdir: "Bakıda yarışın keçirilməsinə şərait yaradılmalıdır. Asfalt dəyişdirilməli, trasa xüsusi qat asfalt yerləşdirilməlidir. Bütün kanaliza lükləri bərkidilməlidir. Hazırda texniki işlər həyata keçirilir. Yarış keçiriləcək yollarda asfalt örtüklərinin dəyişdirilməsi 1-2 ay müddətinə tamamlana bilər. Tələsmədən bu işə növbəti ilin mart-aprel aylarından başlamağı planlaşdırırıq".
Nazir deyib ki, bunlar üzdə olan tədbirlərdir. Eyni zamanda, Bakıya komandalar və maşınlar gəlməli, yerləşdirilməli, xüsusi texniki servisdən keçirilməlidirlər: "İşlər gedir. Belə düşünürük ki, heç bir sahədə gecikmək olmaz. Layihənin təşəbbüsçüsü olan hər bir arxitektor işi sona çatdırmalı və gələcək illərdə də ona nəzarət etməlidir".
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası "Formula-1" üzrə Azərbaycan Qran Prisinin 2016-cı il iyulun 17-də keçiriləcəyini açıqlayıb.