"Mercedes"in pilotu "Formula-1"in Belçika Qran-prisinin qalibi olub

"Mercedes"in pilotu "Formula-1"in Belçika Qran-prisinin qalibi olub Alman Niko Rosberq çempionatın 13-cü mərhələsində finişə birinci çatıb
Fərdi
28 Avqust , 2016 18:51
Mercedesin pilotu Formula-1in Belçika Qran-prisinin qalibi olub

Bakı. 28 avqust. REPORT.AZ/ "Mercedes"in alman pilotu Niko Rosberq "Formula-1"in 13-cü mərhələsinin - Belçika Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, bazar yürüşündə ikinci yeri "Red Bull" komandasından olan avstraliyalı Deniel Rikkyardo, üçüncü yeri isə Rosberqin britaniyalı komanda yoldaşı Lyus Hemilton tutub.

Yarışın yekunu üzrə ilk onluq bu şəkildədir:

1. Rosberq (1 saat 44 dəqiqə 51,058 saniyə),

2. Rikkyardo (+14,113),

3. Hemilton (+27,634),

4. Niko Hyulkenberq (Almaniya, "Fors Hindistan", +35,907),

5. Serxio Peres (Meksika, "Fors Hindistan", +40,660),

6. Sebastyan Fettel (Almaniya, "Ferrari", +45,934),

7. Fernando Alonso (İspaniya, "Maklaren", +59,445),

8. Valteri Bottas (Finlandiya, "Uilyams", +1 dəqiqə 0,151 saniyə),

9. Kimi Raykkonen (Finlandiya, "Ferrari", +1.01,109),

10. Felipe Massa (Braziliya, "Uilyams", +1.05,873)…

14. Daniil Kvyat (Rusiya, "Toro Rosso", +1.27,097).

"Formula-1" çempionatının növbəti mərhələsi olan İtaliya Qran-prisi 2-4 sentyabr tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi