Mayk Tayson: "Məktəblilər düşünürdülər ki, mən, sadəcə, aktyoram"

Mayk Tayson: "Məktəblilər düşünürdülər ki, mən, sadəcə, aktyoram" "Başa düşmürdülər ki, rinqdəki boksyor Tayson idi"
Fərdi
21 Sentyabr , 2016 13:47
Mayk Tayson: Məktəblilər düşünürdülər ki, mən, sadəcə, aktyoram

Bakı. 2 sentyabr. REPORT.AZ/ Məşhur amerikalı peşəkar boksçu Mayk Tayson gənc nəslin nümayəndələrinin onu sadəcə aktyor kimi tanıdıqlarını bildirib. "Report"un məlumatına görə, ağır çəkidə WBA, WBC, IBF kateqoriyalarında dünya çempionluğu qazanmış Tayson "Sports Illustrated"ə müsahibəsində Amerika məktəblərinin birinə səfərindən danışıb.

"Dəmir Mayk" deyib ki, məktəblilərlə görüş zamanı onun öyüşlərinin videoları nümayiş olunub: "Uşaqlar başa düşmürdülər ki, rinqdəki boksçu Tayson idi. Onlar düşünürdü ki, mən, sadəcə, "İçki düşkünləri Las Veqasda" filminə çəkilmiş bir akyoram".

Qeyd edək ki, Mayk Tayson mükafatlarının keyfiyyətinə görə "The Ring" jurnalının seçiminə əsasən "İlin hadisəsi" nominasiyası üzrə rekordçudur. Bundan başqa onun bir neçə dünya rekordunu hələ təzələyən olmayıb. İdmançı həyatını əks etdirən "Tayson" (1994) filmində iştirak edib. Bundan başqa o sənədli və bədii filmlərdə çəkilib.

Son xəbərlər

Orphus sistemi