​Mayk Tayson canlı yayımda aparıcını təhqir edib

​Mayk Tayson canlı yayımda aparıcını təhqir edib Hadisə Kanada televiziya kanallarının birində yaşanıb
Fərdi
12 May , 2015 09:07
​Mayk Tayson canlı yayımda aparıcını təhqir edib

Bakı. 12 may. REPORT.AZ/ Tanınmış boksçu Mayk Taysonun Kanadada iştirak etdiyi televiziya proqramlarının birində qalmaqal yaşanıb. "Report"un məlumatına görə, keçmiş dünya çempionu aparıcını təhqir edib.

Buna səbəb aparıcı Nathan Dovnerin Taysona 1992-ci ildə baş verən təcavüz məsələsi ilə bağlı sual verməsi olub. Bundan sonra əsəblərinə hakim ola bilməyən sabiq dünya çempionu canlı efir zamanı verilişin aparıcısını təhqir edib.

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 3 ilini həbsxanada çəkib.

Son xəbərlər

Orphus sistemi