​Könüllülərin bayram tədbiri keçirilib

​Könüllülərin bayram tədbiri keçirilib Gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak edib
Fərdi
17 Mart , 2016 19:58
​Könüllülərin bayram tədbiri keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Kristal Zalda könüllülərin Novruz tədbiri keçirilib. "Report"un məlumatına görə, tədbirdə "Bakı 2015" I Avropa Oyunları, Formula 1 Avropa Qran Prisi və IV İslam Həmrəyliyi Oyunları könüllüləri və gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

Təxminən 2 500 könüllünün qatıldığı mərasimdə müxtəlif əyləncələr, yarışlar keçirilib, rəqslər nümayiş olunub. Üstəlik könüllülər milli musiqi alətlərində müxtəlif mahnılar ifa ediblər. Bundan başqa, tədbir iştirakçıları Türkmənistan və Özbəkistana məxsus guşələrdə həmin ölkələrin milli atributları, şirniyyatları nümayiş etdirilib.

Gənclər və idman naziri A.Rəhimov qarşıdan gələn bayram münasibətilə bütün könüllüləri təbrik edib, onlara uğurlar arzulayıb və uğur qazanmaq üçün bir olmağın zəruriliyini bildirib.

Tədbir rəqs nümayişləri və bayram tonqalının yandırılması ilə davam edib.

Son xəbərlər

Orphus sistemi