​Kikboksinq üzrə dünya çempionatının iştirakçıları ilə görüş keçirilib

​Kikboksinq üzrə dünya çempionatının iştirakçıları ilə görüş keçirilib Baş məşqçi yarış haqda fikirlərini bildirib
Fərdi
5 Noyabr , 2015 15:59
​Kikboksinq üzrə dünya çempionatının iştirakçıları ilə görüş keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ "İki ildən bir keçirilən yarış üzrə dünya çempionatından sonuncu dəfə qızıl medal ölkəmizə 2009-cu ildə gəlib". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparan Azərbaycan millisinin baş məşqçisi Elşən Əbdülrəhmanov deyib.

Yetirmələrinin 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmasından danışan E.Əbdülrəhmanov bildirib ki, Azərbaycan idmançıları 6 ildir bu versiyada qızıl medal qazana bilmirdilər: "Sevindirici haldır ki, idmançılarımız 7 medalla qayıtdılar. 24 idmançımızın hamısı qənaətbəxş çıxış etdi. Beş idmançımız yarımfinala çıxışda rəqiblərinə bərabər döyüşlərdə məğlub oldular. Qızıl medalı Elşad Ələsgərov qazandı. Yeniyetmələr və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ehram Məcidov "kiklayt" növü üzrə yarışda gümüş medala layiq görüldü".

Dünya çempionu Elşad Ələsgərov isə kikboksinqin K-1 versiyası üzrə dünya çempionatında Azərbaycandan heç kimin qızıl medal qazanmadığını və bu nailiyyətdə tarix yazdığını bildirib. O, özündən daha güclü rəqiblərlə döyüşməsinə baxmayaraq, qızıl medal qazandığına görə sevindiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan kikboksçuları arasında fəxri kürsünün ən yüksək pilləsinə 54 kq çəkidə mübarizə aparan Elşad Ələsgərov yüksəlib. O, K-1 növü üzrə döyüşlərdə qızıl medala layiq görülüb. Ramal Aslanov (61 kq, loukik), Anar Məmmədov (91 kq, K-1) və Ehram Məcidov (94 kq-dan yuxarı, kiklayt) gümüş medal qazanıblar. Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik) və Zöhrab Əzimov (60 kq, loukik) isə bürünc medalla kifayətləniblər.

Son xəbərlər

Orphus sistemi