​Kanadada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib

​Kanadada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib İki kateqoriya üzrə keçirilən turnirdə 40 şahmatçı iştirak edib
Fərdi
17 May , 2016 08:37
​Kanadada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib

Bakı. 17 may. REPORT.AZ/ 2016-cı il martın 14-də Kanadanın Kalqari şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society), Alberta Şahmat Assosiasiyası və Kalqari Şahmat Klubunun (Alberta Chess Association and Calgary Chess Club) dəstəyi ilə məşhur şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri təşkil edib.

Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, turnirin açılış mərasimində çıxış edən Cəmiyyət prezidenti Famil Qarayev Azərbaycan şahmat məktəbinin görkəmli nümayəndəsi Vüqar Həşimovun həyatı, şahmatçı karyerası və turnirin əhəmiyyətindən söhbət açıb.

Turnir iki kateqoriya üzrə keçirilib. Peşəkar şahmatçılar üçün nəzərdə tutulmuş birinci kateqoriyada 20 şahmatçı iştirak edib və yarışmada qalib Yan Findley (Ian Findlay) adlı şəxs olub. Həvəskar şahmatçılar üçün nəzərdə tutulmuş kateqoriyada isə 20 iştirakçı arasında 13 yaşlı məktəbli Rafael Libr (Raphael Libre) qalib gəlib.

Həmçinin qeyd etmək lazımdır ki, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti üzvləri üçün Şənbə Şahmat Klubunu yaradıb.

Son xəbərlər

Orphus sistemi