IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mərasimdə cəbhədəki hadisələrə görə konsert proqramı olmayacaq

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mərasimdə cəbhədəki hadisələrə görə konsert proqramı olmayacaq Yalnız idman şousu keçiriləcək
Fərdi
12 May , 2016 14:12
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mərasimdə cəbhədəki hadisələrə görə konsert proqramı olmayacaq

Bakı. 12 may. REPORT.AZ/ İV İslam Həmrəyliyi Oyunlarına bir il qalması münasibətilə bu gün keçiriləcək mərasim zamanı heç bir konsert proqramı olmayacaq. Bu barədə gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AISGOC) baş icraçı direktoru Azad Rəhimov açıqlama verib.

Nazir bildirib ki, bu, aprelin əvvəllərində cəbhə xəttindəki gərginlik zamanı Azərbaycan hərbçilərinin həlak olması ilə əlaqədardır. O, tədbir zamanı yalnız idman şousunun olacağını vurğulayıb.   

Son xəbərlər

Orphus sistemi