Beynəlxalq Olimpiya Komitəsi Soçi-2014-dəki payını Rusiyaya hədiyyə edib

Beynəlxalq Olimpiya Komitəsi Soçi-2014-dəki payını Rusiyaya hədiyyə edib Bu barədə İOC-un prezidenti məlumat verib
Fərdi
20 Aprel , 2015 18:00
Beynəlxalq Olimpiya Komitəsi Soçi-2014-dəki payını Rusiyaya hədiyyə edib

Bakı. 20 aprel. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından öz payına düşən gəlirdən imtina edib. "Report"un məlumatına görə, bu barədə İOC-un prezidenti Tomas Bax Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

Komitə rəsmisi həmin məbləğin Rusiya Olimpiya Komitəsinin hesabına köçürüləcəyini bildirib: "Soçi-2014 yalnız təşkilati baxımdan müvəffəqiyyət qazandırmadı, həm də iqtisadi dividend gətirdi. İOC öz payından imtina edərək onu Rusiyaya verir. Çünki bu pullar Rusiya idmanına fayda verəcək".

V.Putin isə öz növbəsində T.Baxla Rusiyada Olimpiya irsinin və universitetinin inkişaf məsələlərini və İOC-la birgə fəaliyyətin mümkünlüyünü müzakirə etdiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi