​İkiqat dünya çempionu qəzaya düşüb

​İkiqat dünya çempionu qəzaya düşüb Alonso döngələrin birində idarəetməni itirərək yol kənarındakı dəmir çəpərə çırpılıb
Fərdi
23 Fevral , 2015 11:23
​İkiqat dünya çempionu qəzaya düşüb

Bakı. 23 fevral. REPORT.AZ/ "Formula-1" üzrə ikiqat dünya çempionu, ötən ilin dekabrında "Ferrari"dən "Maklaren"ə keçən Fernando Alonsonun yeni komandası ilə Barselonada keçirilən ilk sınağı uğursuz alınıb. "Report"un "Sport.es"ə istinadən verdiyi məlumata görə, "Maklaren"in pilotu fevralın 22-də qəzaya düşüb.

Alonso döngələrin birində idarəetməni itirərək yol kənarındakı dəmir çəpərə çırpılıb. Tibbi helikopterlə xəstəxanaya çatdırılan 33 yaşlı pilotun şüurunun yerində olduğu bildirilib.

Alonso bugünədək dalbadal iki dəfə (2005 və 2006) dünya birincisi adını qazanıb.

Qeyd edək ki, 2015-ci ilin "Formula-1" yarışı martın 15-də Avstraliyada start götürəcək.

Son xəbərlər

Orphus sistemi