İtaliyalı akademik avarçəkəndən dopinq aşkarlanıb

İtaliyalı akademik avarçəkəndən dopinq aşkarlanıb Nikkolo Mornatinin olimpiadada iştirakı sual altına düşüb
Fərdi
30 Aprel , 2016 14:20
İtaliyalı akademik avarçəkəndən dopinq aşkarlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ İtaliyalı akademik avarçəkən Nikkolo Mornatidən götürülmüş dopinq-test müsbət nəticə verib. "Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançıdan anastrozol aşkarlanıb.

Bu preparat digər qadağan olunmuş vasitələrin gizlədilməsi məqsədilə qəbul olunur.

Qeyd edək ki, Nikkolo Mornati dünya çempionatlarında 2 nəfərlik sükansız qayıqla 2000 metr məsafəyə yürüşlərdə üçqat gümüş mükafatçı olub. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakı sual altına düşüb. 

Son xəbərlər

Orphus sistemi