​GP2 seriyasının son yarışı start götürüb

​GP2 seriyasının son yarışı start götürüb Yarışda bolidlərin start düzülüşü dünən baş tutan yürüşə əsasən müəyyənləşib
Fərdi
19 İyun , 2016 14:21
​GP2 seriyasının son yarışı start götürüb

Bakı. 19 iyun. REPORT.AZ/ Bakıda təşkil olunan "Formula-1" üzrə Avropa Qran Prisinə dəstək məqsədilə keçirilən GP2 seriyasının ikinci yarışı start götürüb.

"Report"un məlumatına görə, yarışda bolidlərin start düzülüşü dünən baş tutan yürüşə əsasən müəyyənləşib.

İlk yarış günündə 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilib. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

Qeyd edək ki, GP2 iştirakçılarının ilk yürüşündə "Prema Racing" komandasından Antonio Covinatsi finişə birinci çatıb. ART komandasının üzvü Sergey Sirotkin ikinci, "Russian Time"dan Rafael Marçello isə üçüncü olub.

Son xəbərlər

Orphus sistemi