Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib Mayın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Fərdi
11 May , 2024 15:55
Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

Mayın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanda 53 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Son xəbərlər

Orphus sistemi